"Real" futbolçuları koronavirus testindən keçdi

8 May 2020 21:45

"Real"ın futbolçuları koronavirus testindən keçiblər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, oyunçuların heç birində infeksiyaya rast gəlinməyib.

Məlumata görə, "kral klubu" mayın 11-də məşqlərə başlamaq niyyətindədir. Hazırlıqlar zamanı oyunçular arasında sosial məsafə qorunacaq.

Qeyd edək ki, İspaniya çempionatının iyunda davam etməsi planlaşdırılır.  Hazırda "Real" 56 xalla lider "Barselona"dan iki xal geridədir.

Milli.Az