İdman

La Liqada üç futbolçuda koronavirus aşkar edildi

8 May 2020 16:34
0 Şərh     Baxış: 1 081
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniya çempionatında (La Liqa) çıxış edən üç futbolçunun koronavirus testləri müsbət nəticə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu həftə İspaniya çempionatının bir sıra komandaları futbolçular arasında məcburi koronavirus testi keçiriblər. Bu komandalar arasında "Barselona" və "Real" da olub.

Nəşr eyni zamanda ölkə futbolunun gücünə görə ikinci divizionunda (Segunda) çıxış edən iki futbolçuda koronavirus aşkarlandığını qeyd edib.

Yoluxma sayının artması istisna edilmir, çünki hələlik bütün klubların testlərinin nəticələri açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.