İdman

Futbol üzrə Hollandiya çempionatı rəsmən ləğv olundu

25 Aprel 2020 13:29
0 Şərh     Baxış: 1 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə Hollandiya çempionatının taleyinə aydınlıq gəlib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Erediviziyada 2019/20 mövsümünün ləğvinə qərar verib. Federasiya rəhbərliyi ilə klublar arasında keçirilən təcili iclasda ölkədəki bütün kütləvi tədbirlərin, eləcə də idman yarışlarının sentyabrın 1-dək qadağan edilməsi səbəbindən, Erediviziya və digər futbol yarışlarının da ləğvi labüd bilinib.

Beləliklə, yekun qərara əsasən, Erediviziyada bu mövsüm üçün çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq. Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Hollandiya çempionatı martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Yekun sıralamaya əsasən, "Ayaks" və "AZ Alkmaar" 56 xalla ortaq liderlik edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.