İdman

"Sabah"ın hücumçusu karyerasını başa vurur

24 Aprel 2020 13:50
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah"ın futbolçusu Marko Deviç karyerasını başa vurmağa  qərar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı hücumçu "Futbol" telekanalına müsahibəsində deyib: "Vida matçı? Bu barədə düşünürəm. "Sabah"la müqaviləmin müddəti bu mövsümün sonu başa çatacağı üçün karyeramı bitirəcəyəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm".

36 yaşlı oyunçu vida matçını Xarkovda keçirmək istədiyini vurğulayıb: "Amma yəqin ki, bu, olmayacaq. Bəlkə də vida görüşü vacib deyil, çünki futbolda çox şey etdim. Azarkeşləri, xüsusilə, Xarkovdak insanları sevindirə bildim".

O, futbolçu karyerasını başa vurduqdan sonra nə edəcəyi barədə isə bunları bildirib: "Bəlkə məşqçi və ya futbol agenti olacağam. Bu iki şey barədə düşünürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.