"Sabah"ın futbolçusu Marko Deviç karyerasını başa vurmağa qərar verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı hücumçu "Futbol" telekanalına müsahibəsində deyib: "Vida matçı? Bu barədə düşünürəm. "Sabah"la müqaviləmin müddəti bu mövsümün sonu başa çatacağı üçün karyeramı bitirəcəyəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm".
36 yaşlı oyunçu vida matçını Xarkovda keçirmək istədiyini vurğulayıb: "Amma yəqin ki, bu, olmayacaq. Bəlkə də vida görüşü vacib deyil, çünki futbolda çox şey etdim. Azarkeşləri, xüsusilə, Xarkovdak insanları sevindirə bildim".
O, futbolçu karyerasını başa vurduqdan sonra nə edəcəyi barədə isə bunları bildirib: "Bəlkə məşqçi və ya futbol agenti olacağam. Bu iki şey barədə düşünürəm".
Milli.Az