İdman

"Vəziyyət çox ciddidir" - FİFA prezidenti

16 Aprel 2020 13:30
1 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyasının yayıldığı dönəmdə futbolun gələcəyinin necə olacağı ilə bağlı suallara aydınlıq gətirməyə çalışıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri "L'Equipe" nəşrinə açıqlamasında insanların sağlamlığının hər şeydən vacib olduğunu və yalnız təhlükəli vəziyyət aradan qalxdıqdan sonra futbol turnirlərinin bərpa ediləcəyini bildirib:

"Futbol nə vaxt qayıdacaq? Məncə, cəmiyyətin sağlamlığı hər şeydən öndə gəlir. Sağlamlıq ən önəmli məsələdi! Risk olduğu müddətcə futbol olmayacaq. Bir az gözləmək və hadisələrin necə cərəyan edəcəyini izləmək lazımdı. Vəziyyət çox ciddidi.

Başa düşürəm, əksəriyyət futbolun nə vaxt qayıdacağını öyrənmək istəyir. Yerli hökumətlər icazə verəndə oyunlar da başlayacaq. Ancaq ondan sonra turnirləri başa vura bilərik. Amma indi insanların həyatını təhlükəyə ata bilmərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.