İdman

"Mançester Siti" "Real"ın üzvü ilə danışıq aparır

15 Aprel 2020 20:04
0 Şərh     Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" "Real"ın müdafiəçisi Rafael Varanı heyətinə cəlb etmək niyyətindədir.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Pep Qvardiola oyunçunun transfer edilməsini istəyib.

Məlumata görə, "şəhərlilər" fransalı futbolçunun agenti ilə danışıqlara başlayıblar. Ancaq "Real" Varanı satmaq fikrində deyil. Bununla yanaşı, rəhbərlik yüksək məbləğ qarşılığında müdafiəçini verməyi düşünə bilər. Çünki Madrid təmsilçisi heyətə bir neçə oyunçu cəlb etmək üçün bəzi futbolçularla vidalaşmalıdır.

Qeyd edək ki, "Real" gələn mövsüm hücum xəttini gücləndirməyi düşünür. Komanda Erlinq Holand və ya Kilian Mbappeni transfer etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.