İdman

“Kobra” Pərviz “Survivor”u tərk etsə də, koronavirusa görə Bakıya gəlməyəcək

8 Aprel 2020 16:52
0 Şərh     Baxış: 2 335
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Pərviz Abdullayev ən azı mayın ortasınadək Dominikanda qalacaq. Ondan əvvəl "Survivor"dan çıxanlar da həmin ölkəni tərk etməyib. Onlar hamısı hoteldə qalır".

Milli.Az xəbər verir ki, bunu Oxu.az-a "Kobra" ləqəbli kikboksçumuz Pərviz Abdullayevin şəxsi məşqçisi Mehman Umudov deyib.

O, dünən SMS səsverməsi ilə "Survivor" yarışını tərk etmiş Pərviz Abdullayevin Bakıya qayıtmayacağını bildirib:

"İndi heç bir ölkəyə uçuş yoxdur. Uçuş olsa, ABŞ-a, ordan da Türkiyəyə getməlidir. ABŞ bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb. Türkiyədə də karantinə alınacaq. Elə Dominikanda qalsa, yaxşıdır".

Qeyd edək ki, Şimali Amerika materikində - Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin həmin ölkədə hələlik ölüm faktı qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.