İdman

Bütün oyunlar Romada keçirilə bilər - 45 günə 124 matç

8 Aprel 2020 18:29
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasına görə dayandırılan A Seriyasının davam etdirilməsi üçün müxtəlif variantlar müzakirə edilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yerli federasiya mövsümün qalan oyunlarını Romada keçirməyi planlaşdırır.

Bütün klubların 45 gün ərzində paytaxtda toplanaraq kiçik bir hazırlıq keçdikdən sonra çempionata davam edəcəkləri gözlənilir. Bu müddət ərzində 124 oyun keçirilməlidir.

Federasiya rəhbərliyi Romada koronavirus pandemiyasının yayılma sürətinin digər şəhərlərlə müqayisədə az olduğundan, bu qərar haqda düşünür.

Xəbərdə bildirilir ki, bu, koronavirusun yayılmasının qarşısını alacaq. Roma ilə digər bölgələrin insanlarının təması məhdudlaşdırılacaq, futbolçu və məşqçi heyəti hər gün koronavirus testindən keçiriləcək, həmçinin jurnalistlərin komandalar məskunlaşan yerlərə getməsinə icazə verilməyəcək.

Qeyd edək ki, İtaliya A seriyası 26 turdan sonra dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.