İdman

"Liverpul"un qərarı narazılığa səbəb olub

6 Aprel 2020 16:45
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" koronavirus pandemiyasına görə işçilərini istirahətə yollayıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, "qırmızılar" əməkdaşlarının maaşını ödəmədən tətilə göndərib. Klub işçilərinin məvacibinin ödənilməsi üçün hökümətə müraciət edib.

Klubun bu qərarını komandanın sabiq kapitanı Ceymi Karraqer sərt tənqid edib: "Klopp koronavirusun ilk günlərində həss idi. Futbolçuların maaşlarının azaldılmağı barədə müzakirələr var. Klub bu qərarlar hörmət və nüfuzunu itirir. Zavallı "Liverpul".

Klubun bir işçisi "BBC Sport"a "Liverpul"un işçilərə qarşı doğru addım atmadığını deyib:

"Liverpul" işçiləri bir ailə kimi gördüyünü deyirdi. Mən bunu hiss etmədim. Milyonlar qazanan klub hökümətə niyə müraciət edir ki? Digər klubların, şirkətlərin buna ehtiyacı daha çoxdur. Dövlət proqramı ağır duruma düşənlərə lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.