İdman

“Fiorentina”nın 3 futbolçusu koronavirusa qalib gəldi

6 Aprel 2020 10:53
0 Şərh     Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Fiorentina" klubunun 3 futbolçusu koronavirusa qalib gəlib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Florensiya təmsilçisinin koronavirusa yoluxan futbolçularından Patrik Kutrone, Xerman Pesselya və Duşan Vlahoviç artıq tam sağalıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onlardan götürülən son testlərin nəticəsi neqativ çıxıb. Florensiya klubunun rəhbərliyi oyunçularının sağalmasında əməyi keçən həkimlərə və tibb bacılarına, həmçinin xəstəxana rəhbərliyinə minnətdarlığını bildirib.

Xatırladaq ki, "Fiorentina" sözügedən oyunçularda koronavirus testlərinin pozitiv çıxmasını martın 13-14-də açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.