İdman

Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub

28 Mart 2020 17:04
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası ilə əlaqədar əksər idmançılar ölkələrinə yollansalar da, azərbaycanlı voleybolçular və məşqçilərin bəziləri çıxış etdikləri ölkələrdə qalıblar.

Milli.Az apasport.az-a istinadən bildirir ki, kişilərdən ibarət millimizin üzvləri Vüqar Bayramovla Andrey Vasilenko hazırda Bəhreyndədirlər.

"Al Nassr Saudi" klubunda çıxış edən voleybolçular çempionatın tam başa çatmasını gözləyirlər. "Vaşaş" klubunun formasını geyinən qadınlardan ibarət yığmamızın üzvü Ayşən Abduləzimova da öz istəyi ilə Macarıstanda qalıb. 

"Cakarta" klubunun sabiq baş məşqçisi Ziya Rəcəbov, həmçinin komandanın şərəfini qoruyan Odina Əliyeva və millimizin sabiq üzvü Natalya Məmmədova isə uçuşların dayandırılması ilə əlaqədar İndoneziyada qalıblar.

"Volero Le-Kanne" klubunda çıxış edən Olena Həsənova hazırda Fransada, ötən il millimizdən ayrıldığını bildirən "Sesi"nin üzvü Polina Rəhimova isə Braziliyadadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.