Zəriflik və güc birlikdə: Azərbaycan bədii gimnastları III MDB Oyunlarına hazırlaşır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zəriflik və güc birlikdə: Azərbaycan bədii gimnastları III MDB Oyunlarına hazırlaşır
III MDB Oyunlarına sayılı günlər qalıb və Azərbaycan bədii gimnastları intensiv məşqlərini davam etdirirlər.
28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək. Yeddi şəhəri əhatə edəcək bu möhtəşəm idman tədbirində 23 növ üzrə yarışlar təşkil olunacaq. MDB ölkələrinin ən güclü gənc gimnastları Şəkidə bir araya gələcək.
Bədii gimnastika üzrə milli komandanın məşqçisi Nəzrin Cəfərzadənin sözlərinə görə, hazırlıq prosesi planlı şəkildə davam edir və artıq yekun mərhələyə yaxınlaşıb. "Qızlarımız hər gün intensiv məşqlər edirlər. Hazırda komanda həm fiziki, həm də psixoloji baxımdan yaxşı formadadır. Heyət ilin əvvəlindən bu günə qədər həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə idmançıların göstərdiyi nəticələr əsasında formalaşdırılıb" - deyə məşqçi bildirib.
Komandanın əsas hədəfi isə xalçada gözəl çıxışlar nümayiş etdirməkdir. "Bizim üçün ən vacib məsələ qızlarımızın məşqlərdə qazandıqları bacarıqları yarışda da uğurla göstərmələridir. Təbii ki, hər bir idmançı nəticə üçün mübarizə aparır və biz də medal qazanmaq istəyirik. Amma əsas məqsəd gözəl çıxışlardır, nəticələr isə bunun ardınca gələcək" - deyə Cəfərzadə qeyd edib.
O, həmçinin III MDB Oyunlarında rəqabətin kifayət qədər yüksək olacağını vurğulayıb: "Komandalar ciddi hazırlıqla gəlirlər və hər biri medal uğrunda mübarizə aparacaq. Bu, həm bizim üçün çətinlik, həm də böyük stimuldur. Komandamız yüksək motivasiya ilə yarışa hazırlaşır, ümid edirik ki, ölkəmizi layiqincə təmsil edəcəyik."
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa Liqasının qalibi bəlli oldu
-
Xalq artistinin ən böyük arzusu
-
Çiya toxumu nədir və faydaları nələrdir?
-
Pişiyiniz nə üçün sizlə yatır? - əsl səbəb tam fərqli imiş
-
Keçmişin yüklərindən qurtularaq zehni azad etməyin yolları
-
Karamelli çizkeyk resepti
-
Orqanizm üçün ən faydalı içki hansıdır?
-
Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir
-
Gənc yaşda olan ürək problemlərinin əsas SƏBƏBİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?
-
Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
-
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?
-
Ançelottidən Neymara ciddi şərtlər
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
“Uzak Şehir”də növbəti ayrılıq
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO





