Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Enerji agentliklərinin məlumatlarına görə, evlərdə elektrikli isitmə sistemlərindən sonra ən çox enerji xərcləyən cihaz su qızdırıcıları (termosifonlar) olub. İllik hesablamada bu cihaz soba, soyuducu və paltaryuyan maşından daha çox elektrik enerjisi sərf edir.
Milli.Az xəbər verir ki, ailələr enerji xərclərini azaltmaq üçün adətən soba, soyuducu və paltaryuyan maşın kimi cihazlara diqqət yetirərkən, mütəxəssislər evdəki əsl "enerji canavarı" barədə xəbərdarlıq ediblər. Aparılan son araşdırmalar göstərir ki, isitmə sistemlərindən sonra işıq pulunu ən çox şişirdən cihaz mətbəxdəki məişət texnikaları deyil, elektrikli su qızdırıcılarıdır (termosifon/boyler).
Elektrikli isitmə sistemləri bir evin ümumi elektrik xərclərinin orta hesabla 66%-ni təşkil edərək siyahıya rəhbərlik edir. Lakin isinmədən kənar qalan digər xərclər incələndikdə, su qızdırıcıları bütün mətbəxləri və təmizlik cihazlarını geridə qoyaraq ikinci sırada qərarlaşır.
Su qızdırıcılarının yüksək enerji sərf etməsinin əsas səbəbi, cihazın sadəcə suyu qızdırmaqla kifayətlənməməsi, həm də çənin daxilindəki suyun temperaturunu sabit saxlamaq üçün gün ərzində səssizcə işləməyə davam etməsidir.
Rəqəmlər göstərir ki, adambaşına illik orta isti su istehlakı 800 kWh civarındadır. Dörd nəfərlik bir ailənin istifadə etdiyi standart su çəninin illik ümumi enerji istehlakı isə orta hesabla 3200 kWh səviyyəsinə çatır.
Enerji mütəxəssisləri bu yüksək istehlakı nəzarət altına almaq üçün iki konkret həll yolu təklif edirlər:
Temperaturun optimallaşdırılması: Cihazların temperaturunu 60 dərəcə və daha yuxarı nizamılamaq enerji istehlakını birbaşa artırır. Həm rahatlığı təmin etmək, həm də bakterioloji risklərin (legioner xəstəliyi və s.) qarşısını almaq üçün ideal temperaturun 50 ilə 55 dərəcə arasında saxlanılması tövsiyə olunur.
Ərpin təmizlənməsi: Zamanla cihazın qızdırıcı elementlərində (tenlərində) yığılan ərp istilik səmərəliliyini azaldır. Nəticədə cihaz suyu qızdırmaq üçün daha çox elektrik enerjisi sərf edir. Müntəzəm qulluq və ərpin təmizlənməsi elektrik xərclərində birbaşa azalma təmin edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
XƏBƏR LENTİ
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
-
Sobadakı inadkar yağlara son
-
Lənkəranda ağır qəza - sürücü öldü FOTO
-
Aktrisanın vəzifəli nişanlısı həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO





