Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
Kolumbiyanın "ZonaCero" rəqəmsal nəşri Azərbaycanda mina təhlükəsinin yaratdığı humanitar problemə və ölkənin minatəmizləmə istiqamətində həyata keçirdiyi fəaliyyətə həsr olunmuş məqalə dərc edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan və mina problemi: daha böyük beynəlxalq həmrəylik tələb edən səbəb" başlıqlı materialda qeyd olunur ki, təxminən 30 ilə yaxın davam edən işğal nəticəsində Azərbaycanın 11 667 kvadrat kilometr ərazisi, yəni ölkə ərazisinin 13,4 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş vəziyyətdə qalır.
Nəşr vurğulayır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina hadisələri ilə bağlı 258 insident qeydə alınıb, nəticədə qadınlar və uşaqlar da daxil olmaqla 420 nəfər zərər çəkib. Son 30 ildə isə ümumilikdə 3 400-dən çox insan mina qurbanı olub.
"ZonaCero"nun yazdığına görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərliyi ilə Azərbaycan humanitar minatəmizləmə sahəsində mühüm irəliləyiş əldə edib. Məqalədə bildirilir ki, artıq mina və müharibənin partlayıcı qalıqları aşkarlanan 260 min hektardan çox ərazi təmizlənib.
Kolumbiya nəşri həmçinin mina təhlükəsinin məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına mane olduğunu diqqətə çatdırıb və humanitar minatəmizləmə məsələlərinin həllində beynəlxalq əməkdaşlıq və həmrəyliyin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, yazıda Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərdə də iştirak etdiyi, texniki yardım, avadanlıq təchizatı və ixtisaslaşdırılmış təlimlər vasitəsilə Ukraynada minatəmizləmə prosesinə dəstək verdiyi qeyd olunub.
Məqalədə həmçinin bildirilir ki, Azərbaycan və Kolumbiya piyada əleyhinə minalar problemi ilə üzləşir və bu amil sözügedən sahədə iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
-
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?
-
Ançelottidən Neymara ciddi şərtlər
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
“Uzak Şehir”də növbəti ayrılıq
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO
-
“Brent” nefti ucuzlaşdı
-
Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
-
Səhvən Kralın ölüm xəbərini yaydılar
-
Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdıracaq
-
Azərbaycanda yasda kütləvi zəhərlənmə - YENİLƏNİB
-
İtaliyadan Okan Buruka nəhəng müştəri var
-
Haluk Levent xəstəxanaya yerləşdirildi
-
Gələcəyi bilmək, yoxsa gələcəyi yaratmaq? Özünüdoğrulayan peyğəmbərlik effekti
-
Xəzərdə zəlzələ oldu
-
6 illik fasilədən sonra böyük qayıdış: Bakı–Tbilisi qatarının bərpası regionda nələri dəyişəcək?





