Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
9 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüş keçirib.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub. Növbəti il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı məmnunluqla qeyd olunub.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüş zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, kənd təsərrüfatı, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal inkişaf, infrastruktur quruculuğu və post-münaqişə bərpa sahəsində əldə etdiyi təcrübəyə maraq ifadə edib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub. Bununla yanaşı, Azərbaycanın Sudandakı daşqınlar və COVID-19 pandemiyası ilə əlaqədar göstərdiyi humanitar yardımlar məmnunluqla xatırlanıb.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər, habelə regional nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə edilib.
Səfər ərçivəsində nazirlər tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
-
XİN Portuqaliyanı təbrik etdi
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
-
Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir - VİDEO
-
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
-
Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək
XƏBƏR LENTİ
-
“Qəbələ” kot-divuarlı oyunçusunu göndərdi
-
Nazirlik yeni imtahan modelini tətbiq etdi
-
“Tərəqqi” medalı ilə təltif olunan “Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
-
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ
-
"Saytın adını Əli ilə mən seçməmişik" - Famil Fərhadoğlu
-
“Qarabağ”dan yeni TRANSFER: Braziliyalı futbolçu alacaq FOTO
-
Kitabxanaçılar da attestasiyayadan keçiriləcək
-
Azərbaycanda əhalinin gəlirləri artdı
-
ABŞ İrana cavab zərbəsi endirdi
-
18 il axtarışda olan azərbaycanlı qanuni oğru Rusiyada saxlanıldı
-
Sabah 33 dərəcə isti olacaq - PROQNOZ
-
Ağsuda yük avtomobili aşıb - 2 nəfər xəsarət alıb
-
“Azərbaycan Biznesinin İnkişafı Fondu” ilə bağlı qərar verildi
-
Yatan kanadalı əsgəri top atəşi ilə oyatdılar – VİDEO
-
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
-
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
-
Yasamalda yanğın təhlükəsi yaradan mebel sexi bağlandı - VİDEO
-
Dünyanın ən təhlükəsiz 10 ÖLKƏSİ - SİYAHI
-
İranda mədən uçdu: Ölən var
-
Kabab sevənlərin diqqətinə: Bu dəyişiklik müzakirə yaratdı
-
Metroda yer DAVASI: 1 təpiklə yaşlı qadına yerini göstərdi - VİDEO
-
Messi uzun müddət sonra meydana çıxdı
-
Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlandı
-
Dənizdə öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi





