Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Mavriki Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb.
Milli.Az xəbər verir ki, WUF13 tədbirində iştirak etdiyinə görə Mavriki Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı onun səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparmaq baxımından da yaxşı imkan yaratdığını dedi.
Prezident İlham Əliyev siyasi münasibətlərimizin səviyyəsindən məmnunluğunu bildirdi.
Mavriki Prezidenti bu tədbirə dəvətə görə dövlətimizin başçısına təşəkkür etdi. Daramber Qoxul ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini müzakirə etmək baxımından da səfərinin roluna toxundu.
Bakıya səfəri çərçivəsində "ASAN xidmət" mərkəzini ziyarət etdiyini deyən Mavriki Prezidenti oradakı şəraitin onda zəngin təəssürat hissi yaratdığını bildirdi və ölkəsində də bu cür təcrübənin tətbiqində maraqlı olduğunu vurğuladı.
ASAN modelinin yaradılması ilə əlaqədar Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, bu xüsusda ölkəmiz Mavrikiyə də dəstək verməyə və təcrübəsini bölüşməyə hazırdır.
Qonaq WUF13 kimi qlobal səviyyəli tədbirin Azərbaycanda keçirilməsinin önəmini vurğuladı.
Daramber Qoxul Mavrikidən olan tələbələrə verilmiş təhsil təqaüdləri ilə bağlı Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi, gələcəkdə bunun daha da artırılması imkanlarına baxılmasını xahiş etdi.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığına toxunuldu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların tərəfdaşlığın genişləndirilməsi baxımından rolu vurğulandı. İqtisadiyyat, sərmayələr, enerji, o cümlədən bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mina Hasman: “Bakı Ağ Şəhər” layihəsi şəhərlərin regenerativ inkişaf modelinin nümunəsidir
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - FOTO
-
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb - FOTO
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Rəşad Xanlarov müşavir oldu
-
Xanımı 27 yaşında xərçəngəndən ölən tiktoker təsirli PAYLAŞIM - VİDEO
-
Mina Hasman: “Bakı Ağ Şəhər” layihəsi şəhərlərin regenerativ inkişaf modelinin nümunəsidir
-
Bakıda məscidə girməyə görə pul tələb olunur? - VİDEO
-
Alimentə görə həbs edilənlərin sayı açıqlandı
-
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
-
Kaliforniyada onminlərlə insan təxliyə edildi
-
"Yalçın Rzazadə ölümündən 2 ay əvvəl məndən HALALLIQ İSTƏDİ"
-
Ölkədə 18 yaşadək anaların sayı AÇIQLANDI
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - FOTO
-
"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
-
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb - FOTO
-
Küçədə Cem Yılmaza sərt reaksiya: “Allah bəlanı versin!” - VİDEO
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO





