Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və "Clean Air Fund" (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" mövzusunda yüksəksəviyyəli forum təşkil olunub.
Milli.Az xəbər verir ki, forumun açılışında Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Leyla Əliyeva müraciətində qeyd edib ki, hava keyfiyyəti şəhər sakinlərinin sağlamlığı, rifahı və gələcək nəsillər üçün təhlükəsiz yaşayış mühitinin təmin olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, təmiz hava məsələsi müasir şəhərsalma gündəliyinin prioritetlərindən birinə çevrilməlidir. Həmçinin IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən fəaliyyətlər, "Bizim Həyət" layihəsi çərçivəsində həyət sahələrinin abadlaşdırılması, eləcə də ağacəkmə, maarifləndirmə və dayanıqlı nəqliyyatın təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Hava çirklənməsinin azaldılması, daha yaşıl, dayanıqlı və insanyönümlü şəhərlərin qurulması üçün beynəlxalq səylərin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin rəsmi hissəsində çıxış edən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və CAF-ın nümayəndəsi Sesiliya Vaka Cons çıxışlarında şəhərlərdə hava çirklənməsinin azaldılmasının insan sağlamlığının qorunması, iqlim dayanıqlılığının gücləndirilməsi və daha keyfiyyətli yaşayış mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Daha sonra tədbir panel müzakirələri ilə davam edib. IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, UNEP-in regional əlaqələndiricisi Mahir Əliyev, Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin proqram meneceri Dorota Yaroşinska, CAF-ın "Breathe Cities" təşəbbüsünün nümayəndəsi Manuel Truhilyo və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim siyasəti sektorunun müdiri Fuad Hümbətov şəhərlərdə hava keyfiyyətinin yaxşılaşdırılması, ekoloji çağırışların həlli və insan sağlamlığına təsirlərin azaldılması istiqamətində beynəlxalq təcrübə və praktiki yanaşmaları müzakirə ediblər.
Tədbirin yekununda "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" adlı kommünike qəbul olunub. Kommünikedə təmiz havanın müasir şəhərsalmanın əsas prinsiplərindən biri kimi tanınması, gələcək Ümumdünya Şəhərsalma Forumlarının gündəliyinə daimi mövzu olaraq daxil edilməsi, eləcə də şəhər planlaşdırılması, nəqliyyat, mənzil siyasəti, yaşıl infrastruktur və ictimai sağlamlıq sahələrində daha sıx əməkdaşlığın təşviq edilməsinə çağırışlar öz əksini tapıb.
Qeyd edək ki, yüksəksəviyyəli forum çərçivəsində, həmçinin "Clean Air Fund", UNEP və digər tərəfdaşların müxtəlif vizual materialları, eləcə də "Children's Eyes on Earth" beynəlxalq fotoqrafiya layihəsinin iştirakçılarının işlərindən ibarət sərgi təqdim olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
-
XİN Portuqaliyanı təbrik etdi
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
-
Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir - VİDEO
-
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
-
Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək
XƏBƏR LENTİ
-
“Qəbələ” kot-divuarlı oyunçusunu göndərdi
-
Nazirlik yeni imtahan modelini tətbiq etdi
-
“Tərəqqi” medalı ilə təltif olunan “Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
-
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ
-
"Saytın adını Əli ilə mən seçməmişik" - Famil Fərhadoğlu
-
“Qarabağ”dan yeni TRANSFER: Braziliyalı futbolçu alacaq FOTO
-
Kitabxanaçılar da attestasiyayadan keçiriləcək
-
Azərbaycanda əhalinin gəlirləri artdı
-
ABŞ İrana cavab zərbəsi endirdi
-
18 il axtarışda olan azərbaycanlı qanuni oğru Rusiyada saxlanıldı
-
Sabah 33 dərəcə isti olacaq - PROQNOZ
-
Ağsuda yük avtomobili aşıb - 2 nəfər xəsarət alıb
-
“Azərbaycan Biznesinin İnkişafı Fondu” ilə bağlı qərar verildi
-
Yatan kanadalı əsgəri top atəşi ilə oyatdılar – VİDEO
-
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
-
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
-
Yasamalda yanğın təhlükəsi yaradan mebel sexi bağlandı - VİDEO
-
Dünyanın ən təhlükəsiz 10 ÖLKƏSİ - SİYAHI
-
İranda mədən uçdu: Ölən var
-
Kabab sevənlərin diqqətinə: Bu dəyişiklik müzakirə yaratdı
-
Metroda yer DAVASI: 1 təpiklə yaşlı qadına yerini göstərdi - VİDEO
-
Messi uzun müddət sonra meydana çıxdı
-
Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlandı
-
Dənizdə öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi





