Bu yaşdan sonra təhlükə artır - Sümüklərlə bağlı vacib xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yaş artdıqca sümüklərin bərpa qabiliyyəti zəifləyir. Uşaqlarda sümük toxuması daha aktiv olur-qan dövranı güclü, hüceyrə yenilənməsi sürətli və böyümə prosesi davam etdiyi üçün sınıqlar daha tez və daha yaxşı sağalır".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini, baş həkim Nizami Məmmədov səsləndirib.
Onun sözlərinə görə, yetkin yaşlarda, xüsusilə 40-50 yaşdan sonra sümük toxumasının bərpa prosesi yavaşlayır:
"Uşaq və böyüklərin travmaları arasındakı əsas fərq uşaqların sümüklərinin daha elastik olmasıdır. Buna görə də onlarda tam sınıqlardan çox, natamam sınıqlar və ya sümüyün əyilməsi halları müşahidə edilir. Uşaqlara xas olan "yaşıl budaq" tipli sınıqlarda ağac budağının tam qırılmadan çatlamasına bənzər vəziyyət yaranır. Böyüklərdə isə sümüklər daha sərt və kövrək olduğundan tam sınıqlar üstünlük təşkil edir. Uşaqlarda sümüklər çox sürətlə bitişir, bəzən bir neçə həftə ərzində ciddi sağalma müşahidə olunur. Kiçik əyriliklər zamanla öz-özünə düzələ bilir. Böyüklərdə isə sağalma daha uzun çəkir, daha çox immobilizasiya, fizioterapiya və bəzi hallarda cərrahi müdaxilə tələb olunur. Həmçinin yanlış bitişmə riski daha yüksək olur".
Baş həkim qeyd edib ki, uşaqlarda sümüklərin uclarında yerləşən "böyümə qığırdaqları" travma zamanı zədələnərsə, gələcəkdə sümüyün qısa qalması, əyrilik və inkişaf pozğunluğu yarana bilər:
"Bu səbəbdən uşaqlarda bəzi sınıqlar xüsusi nəzarətdə saxlanılır. 40-50 yaşdan sonra, xüsusilə qadınlarda menopauza dövründə sümük sıxlığı azalır, osteoporoz riski artır. Nəticədə sınıqlar daha asan yaranır və gec sağalır. Uşaqların orqanizmi toxumaları daha sürətli yeniləyir, əzələ və bağları daha tez uyğunlaşdırır, reabilitasiyaya daha yaxşı cavab verir. Lakin bu, böyüklərdə sağalmanın mümkün olmadığı anlamına gəlmir. Düzgün qidalanma, kalsium və D vitamini qəbulu, siqaretdən uzaq durmaq, fiziki aktivlik və həkim nəzarəti sümük sağalmasını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
XƏBƏR LENTİ
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
-
Sobadakı inadkar yağlara son
-
Lənkəranda ağır qəza - sürücü öldü FOTO
-
Aktrisanın vəzifəli nişanlısı həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO





