Ölkə

Sabiq deputatın oğluna yüksək vəzifə verildi - FOTO

20 May 2026 18:26
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Azərsutəchizattikinti" ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin sabiq deputatı Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova yüksək vəzifə verilib.

Milli.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib.

Mayın 20-də federasiyanın növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətində sözügedən quruma rəhbərlik edəcək.

Xatırladaq ki, V.Xəlilovun atası Mirzəcan Xəlilov V çağırış (2015-2020) Milli Məclisin deputatı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.