Kəmalənin qalmaqallı mahnısından danışdı: "Ana-bacının oturduğu toya necə ÇAĞIRIRSINIZ?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçmiş "N Brothers" qrupunun rəhbəri Namiq Kəmalə son dövrlər müzakirələrə səbəb olan qalmaqallı mahnılarla bağlı diqqətçəkən açıqlamalar verib.
Milli.Az xəbər verir ki, o, xüsusilə müğənni Günəşlinin səs-küy yaradan mahnısına münasibət bildirib. Namiq qeyd edib ki, mahnıda işlədilən söz başqa ifadələrlə əvəz oluna bilərdi:
"Həmin mahnıdakı işlənən sözün bir neçə variantını verə bilərəm ki, dəyişdirilərdi. Demirəm söz pis mənadadır, amma ifa ediləndə başqa cür səslənir".
Prodüser bildirib ki, studiyada mahnının müzakirəsi zamanı da həmin ifadənin xoş qarşılanmadığı deyilib:
"Studiyada yüz faiz deyiblər ki, pis səslənir. Amma o müğənni də bilərəkdən ifa edib ki, qalmaqal yaransın, toyları artsın".
Namiq cəmiyyətdə qalmaqallı ifaçıların daha çox diqqət görməsini də tənqid edib:
"Problem odur ki, söz-söhbəti çox olan müğənniləri məclislərə dəvət edirlər. Sual verirəm ki, sən o mahnını toyda səsləndirəndə ana-bacın da orada oturur axı. Necə toya çağırırsınız? Nə oxuduqlarına baxmırsınız?".
O əlavə edib ki, mahnının mənasının pis olmadığını düşünsə də, qulaqda yaranan təəssürat fərqli olur:
"Mənası bəlkə də pis deyil, amma qulaqda eşidilən başqadır. İnsanlar məclislərinə kimi çağırdıqlarına və nə oxunduğuna diqqət etməlidirlər".
Keçmiş qrup rəhbəri həmin ifaçının səsinin və muğam biliyinin də yaxşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, sənətçi daha səviyyəli mahnılar seçsəydi, efir qadağaları ilə bağlı problemləri də azalardı:
"O ifaçının yaxşı səsi də var, muğamı da bilir. Amma tələbat belə mahnıları ortaya çıxarır. Halbuki daha səviyyəli mahnılar oxumalı idi ki, efir qadağaları da azala".
Namiq sonda bəzi prodüserləri də hədəf alaraq müğənnilərin yanlış istiqamətləndirildiyini deyib:
"O müğənniləri yanlış yönləndirən yanındakı, özünü prodüser adlandıran çanta daşıyan adamlardır".
Açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir





