İdman

UEFA Millətlər Liqasını təxirə salır

17 Mart 2020 11:49
0 Şərh     Baxış: 1 271
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Millətlər Liqasının payızda start götürməsi nəzərdə tutulan 2020/21 mövsümünün koronavirus pandemiyası səbəbindən təxirə salınması gündəmə gəlib.

Milli.Az sport24.az-a istinadən qitə futbol qurumu bu ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan qrup mərhələsinin matçlarını gələn il təşkil etməyi planlaşdırır.

UEFA eyni zamanda 2020-ci ildə milli komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməməsi variantını da nəzərdən keçirir. Bunda məqsəd klub turnirlərini - Çempionlar Liqası və Avropa Liqasını tamamlamaq üçün təqvimdə boş yer açmaqdı. Bu rəsmiləşərsə, növbəti ilin yazına qədər təqvimdə beynəlxalq fasilə olmayacaq.

Məsələ UEFA-nın bu gün keçiriləcək videomüşavirəsi zamanı müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında Monteneqro, Kipr və Lüksemburqla birlikdə C liqasının I qrupunda qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.