İdman

Konor Makqreqorun xalası koronavirusdan öldü

14 Mart 2020 10:24
0 Şərh     Baxış: 3 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyalı qarışıq döyüş növləri döyüşçüsü Konor Makqreqorun xalası koronavirusdan vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə idmançı özünün "Instagram" hesabından açıqlayıb.

O bildirib ki, xalası Ennin ölümü barədə Dublinin mərkəzindəki bir studiyada ianə elan edəcəyi vaxt öyrənib.

"Mənim yazıq xalam. Anamın bacısı. Bu axmaq, lənətə gəlmiş virus... Nələr baş verir?" - deyə Makqreqor yazıb. 

Bundan başqa, idmançı hər kəsə virusa yoluxmamaq üçün əl və üzün gigiyenasına diqqət etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.