İdman

Poqbanın "Mançester Yunayted"dəki taleyi məlum oldu

14 Mart 2020 09:47
0 Şərh     Baxış: 2 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbanın komandadakı gələcəyinə aydınlıq gəlib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, fransalı futbolçu "qırmızı şeytanlar"da qalacaq. Komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun mətbuat xidmətinə verdiyi açıqlamada, futbolçuyla bağlı bunları deyib:

"Poqba bizim futbolçumuzdur. Müqaviləsinin bitməsinə bir il var, daha bir il uzada da bilər. Növbəti mövsüm də Poqbanın burda olmasını gözləyə bilərsiz".

İngiltərə mətbuatının məlumatına görə, Poqba da komandada qalmaq istəyir. O, meneceri Mino Rayolaya klubla yeni müqavilə üçün danışıqlara başlamasını deyib.

2016-cı ildən "Mançester Yunayted"in şəfərini qoruyan 26 yaşlı futbolçu, zədə səbəbiylə cari mövsümdə sadəcə 8 oyunda forma geyinə bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.