İdman

Çempionlar Liqasında həftənin futbolçusu - FOTO

13 Mart 2020 19:44
0 Şərh     Baxış: 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində ilk həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu ada "Atalanta"nın hücumçusu Yosip İliçiç layiq görülüb.

Sloveniyalı forvard UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. O, "Valensiya" üzərində 4:3 hesablı qələbə qazanılan qarşılaşmada pokerə imza atmışdı.

İliçiç digər namizədlər -Marsel Sabitzer ("Leypsiq"), Xuan Bernat (PSJ) və Yan Oblakdan ("Atletiko") üstün olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.