İdman

"Arsenal"ın baş məşqçisi və "Çelsi"nin futbolçusunda koronavirus aşkarlandı

13 Mart 2020 09:37
1 Şərh     Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanı cənginə alan koronavirus futbol sahəsindən də uzaq keçmir.

Milli.Az xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta da bu virusa yoluxub. Klubun rəsmi saytının yaydığı məlumatda deyilir ki, ispaniyalı mütəxəssisin test nümünələri müsbət çıxıb və onda COVİD-19 virusu aşkarlanıb.

Artetaya koronavirus diaqnozu qoyulduqdan bir neçə sonra Londonun digər klubu "Çelsi"nin ulduz futbolçusu Callum Hadson Odoyun da testləri müsbət çıxıb.

Qeyd edək ki, daha əvvəl "Yuventus"un müdafiəçisi Daniel Ruqani və "Sampdoriya"nin futbolçusu Manolu Qabbiadininin virusa yoluxduğu təsdiqlənmişdi.

Elçin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.