İdman

Messi həm ilkə imza atdı, həm də 3-cü oldu

9 Mart 2020 17:56
0 Şərh     Baxış: 1 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İspaniya La Liqasının 27-ci turunun "Real Sosyedad"la oyunu "Barselona"nın ulduz hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki,"Kamp Nou"da baş tutmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə topu 81-ci dəqiqədə Lionel Messi penaltidən vurub. Bu, argentinalı hücumçunun La Liqa karyerasında 55-ci qolu olub. Argentinalı hücumçu bu göstərici ilə turnir tarixində üçüncü yeri tutur.
 
Penaltidən vurulan qolların sayında ikinci yeri 1981-1992-ci illərdə "Atletiko" və "Real"da, 1993/1994 mövsümündə isə "Real Sosedad"da oynamış Uqo Sançes tutur. O, 56 penaltini qola çevirib.
 
La Liqada bu göstərici üzrə lider Kristianu Ronaldudur. O, 61 penaltini dəqiq yerinə yetirib. 
 
Messi "Real Sosyedad"la oyunda ilkə də imza atıb. Belə ki, o, bu oyunda sarı vərəqə almaqla karyerasında ilk dəfə ardıcıl üç qarşılaşmada belə aqibətlə üzləşib. O, bundan öncə "Napoli" və "Real"a qarşı keçirdikləri oyunlarda da "sarı" almışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.