Fransanın "Strasbur" və "Pari Sen-Jermen" komandaları arasında futbol üzrə ölkə çempionatının 28-ci turunun matçı yeni növ koronavirus infeksiyasının ölkədə yayılması ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə liqanın mətbuat xidməti xəbər yayıb.
Görüş martın 7-də baş tutmalı idi.
Turnir cədvəlində "PSJ" 68 xal toplayaraq birinci yeri tutur. "Strasbur" 38 xalla onuncu pillədə qərarlaşıb.
Milli.Az