"Strasbur" - "PSJ" oyunu koronavirusa görə təxirə salınıb

7 Mart 2020 07:35

Fransanın "Strasbur" və "Pari Sen-Jermen" komandaları arasında futbol üzrə ölkə çempionatının 28-ci turunun matçı yeni növ koronavirus infeksiyasının ölkədə yayılması ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə liqanın mətbuat xidməti xəbər yayıb.

Görüş martın 7-də baş tutmalı idi.

Turnir cədvəlində "PSJ" 68 xal toplayaraq birinci yeri tutur. "Strasbur" 38 xalla onuncu pillədə qərarlaşıb.

Milli.Az