İdman

“Avro-2020”nin vaxtı dəyişəcəkmi? - UEFA-dan açıqlama

29 Fevral 2020 13:59
0 Şərh     Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA İtaliyada yayılmış koronavirusa görə "Avro-2020"nin vaxtını dəyişməyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, yarışın açılış mərasimi iyunun 12-də Romada olacaq.

"Avropa çempionatı nəzərdə tutulan vaxtda Romada başlayacaq. Biz koronavirusun yayılmasına görə daim təşkilatçılar və yerli hakimiyyət orqanları ilə əlaqədəyik. İndi planlaşdırılmış vatxda nəyisə dəyişməyin mənası yoxdur. Amma biz bu məsələni diqqətlə izləyirik" - deyə məlumatda bildirilib.

Xatırladaq ki, "Avro-2020"nin oyunları 12 iyun - 12 iyul aralığında Avropanın 12 şəhərində keçiriləcək. Çempionatın 4 oyunu Bakıda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.