İdman

"Futbol bir din olsaydı, Messi Tanrı olardı"

28 Fevral 2020 07:15
7 Şərh     Baxış: 1 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"O, hər şeyi çox istəklə edir. Heç kim deyə bilməz ki, Messinin oyununu bəyənmir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın yeni transferi Martin Braytvayt komandanın kapitanı Lionel Messi haqda danışarkən deyib.

Danimarkalı hücumçu Messini futbolun Tanrısı adlandırıb: "O, futbolu elə hiss edir ki... Bilmirəm necə deyim... Əgər futbol bir din olsaydı, Messi Tanrı olardı. O, oyunu idarə edir. Onunla oynadığımız üçün bəxtimiz gətirib".

Qeyd edək ki, Messi bu mövsüm bütün turnirlərdə 29 oyuna 23 qol vurub, 16 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.