İdman

"Məğlubiyyət bizi əsəbiləşdirir" - Zidan

27 Fevral 2020 13:51
3 Şərh     Baxış: 1 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"yə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, komandasının 75 dəqiqə yaxşı oynadığını deyib:
 
"Amma son 10 dəqiqədə vəziyyət dəyişdi. Nəticədə biz səhv etdik və cəzalandırıldıq. "Mançester Siti" kimi komandaya qarşı oyunda 90 dəqiqə konsentrasiyanı saxlamaq lazımdır. Bu məğlubiyyət bizi əsəbiləşdirir. Ancaq pley-off azı 180 dəqiqə davam edir. Oyumuzda müsbət məqamlar tapmağa çalışmalıyıq. Düzdür, bizim üçün yaxşı nəticə olmadı, amma son dəqiqələri nəzərə almasaq, yaxşı oynadıq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, "Mançester Siti" ilə ikinci oyunda qalib gəlməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.