İdman

Dünya Kuboku çərçivəsində batut gimnastikası üzrə sinxron cütlüklər yarışında qaliblər mükafatlandırılıblar - FOTO

16 Fevral 2020 16:44
Baxış: 626

Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında sinxron cütlüklər yarışında qaliblər və mükafatçıların mükafatlandırma mərasimi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadınlar arasında birinci yerə rusiyalı gimnastlar Yana Lebedeva və İrina Kundius, ikinci yerə Ukrayna təmsilçiləri Svetlana Malkova və Marina Kiyko, üçüncü yerə isə ABŞ gimnastları Nikol Asinger və Cessika Stivens çıxıblar.

Qaliblər və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə texniki komitəsinin vitse-prezidenti Migel Visente, batut gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Kamil Quliyev və Azərbaycanın Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov təqdim ediblər.

Kişilər arasında birinci yerə Belarus idmançıları Vladislav Qonçarov və Oleq Ryabtsev, ikinci yerə Fransa təmsilçiləri Pyer Qouzou və Mikael Viviani, üçüncü yerə isə Qazaxıstan idmançıları Pirməmməd Əliyev və Danil Musabayev çıxıblar.

Qaliblər və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə texniki komitəsinin üzvü Nikolay Markov, yarışların direktori Natalya Bulanova və batut gimnastikası üzrə Azərbaycan yığmasının baş maşqçisi Vladimir Şulikin təqdim ediblər.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.