İdman

Simeone Premyer Liqaya keçə bilər

16 Fevral 2020 15:39
0 Şərh     Baxış: 1 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"də mövsümün sonunda baş məşqçi dəyişikliyi ola bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London klubu hazırkı çalışdırıcı Frenk Lempardın fəaliyyətindən razı deyil. "Zadəganlar" bu vəzifəyə "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneni gətirməyi düşünür.

Madrid təmsilçisi də Simeonenin fəaliyyətindən narazıdır. 49 yaşlı mütəxəssisin mövsümün sonunda istefaya göndəriləcəyi ehtimal olunur.

"Çelsi" əvvəllər də Simeonenin xidmətində maraqlı olsa da, argentinalı çalışdırıcı ingilis dilini bilmədiyi və "Atletiko"da qalmaq istədiyi üçün təklifi rədd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.