İdman

103 milyonluq müqavilə - "Yuventus"dan

13 Fevral 2020 08:23
0 Şərh     Baxış: 2 337
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Yuventus" yeni sponsorluq müqaviləsi imzalayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Turin təmsilçisi "Allianz" şirkəti ilə əməkdaşlığı uzadıb.

Anlaşmaya əsasən adıçəkilən şirkət 2030-cu ilin yayına qədər "qoca sinyora"nın əsas sponsoru olacaq. İlk müqaviləsində klubun stadionunun ad hüququna yiyələnən "Allianz"ın loqotipi bundan sonra komandanın formasında da görünəcək. Yeni müqavilə "Yuve"yə 103,1 milyon avro qazandıracaq.

A seriyası təmsilçisi İtaliya kubokunun yarımfinal mərhələsində "Milan"la sabah keçiriləcək matça yeni formalarla çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.