İdman

Benzema Ronaldonunun rekordunu qırdı

10 Fevral 2020 21:54
3 Şərh     Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasının 23-cü turunda "Osasuna" üzərində 4:1 hesablı qələbə "Real"ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransız hücumçu oyunda komandasının 3-cü qolunun məhsuldar ötürməsini edərək, "Real" formasıyla etdiyi ötürmələrin sayını 132-yə çatdırıb.

Benzema bununla da, "Real" tarixində məhsuldar ötürmə sayında rekord göstəriciyə çatıb. Bundan əvvəlki ötürmə rekordu Kriştiano Ronaldoya məxsus idi. Hazırda "Yuventus"da çıxış edən portuqaliyalı hücumçu "Real"da 131 məhsuldar etmişdi.

Qeyd edək ki, 2009-cu ildə Lion "Olimpik"indən "Real"a keçən Benzema bu mövsüm 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.