İdman

Renat Dadaşov "Vulverhempton"da Avropa Liqası üçün sifariş olundu

6 Fevral 2020 13:47
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Vulverhempton" klubu  Avropa Liqası üçün yeni iştirak ərizəsini UEFA-ya təqdim edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda  millimizin üzvü Renat Dadaşov da yer alıb. 20 yaşlı hücumçunun 40 nömrəli forma nömrəsi geyinəcəyi bildirilib.
 
Qeyd edək ki, "Vulverhempton" 1/16 finalda "Espanyol"la ilə üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun fevralın 20-i İngiltərədə, cavab görüşü fevralın 27-də İspaniyada olacaq.
 
Qeyd edək ki, Renat Dadaşov bu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, bu ildən "Vulverhemton"un U-23 komandası ilə matçlarda iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.