İdman

Messi klub rəsmisinə əsəbiləşdi: "Ad çəkməlisən"

5 Fevral 2020 12:51
3 Şərh     Baxış: 2 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messin klubun idman direktoru Erik Abidalın komanda haqda fikirlərinə qarşı çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, E.Abidal istefaya göndərilən Ernesto Valverdenin dönəmində  komandanın oyununu tənqid edib. O, həmin vaxtda futbolçuların xoşbəxt olmadıqlarını və yetəri qədər çalışmadıqlarını bildirib. Klub rəsmisi hətta baş məşqçi ilə oyunçular arasında ünsiyyət problemi olduğunu da söyləyib.

Ancaq A.Abidalın bu sözləri L.Messinin xoşuna gəlməyib. O, "İnstaqram" hesabında bununla bağlı yazıb: "Belə şeyləri sevmirəm. Hər kəs öz işinin məsuliyyətini bilməli və buna görə davranmalıdır. Futbolçular meydanda baş verənlərə görə məsuliyyət daşıyırlar. Yaxşı oynamadığımız zaman bunu ilk biz etiraf edirik. Əgər futbolçular haqqında danışırsansa, ad çəkməlisən, əks təqdirdə, hamının üzərinə kölgə salacaqsan".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.