İdman

Cüdoçularımız Avropa kuboku yarışında mübarizəyə qoşulublar

2 Fevral 2020 14:18
0 Şərh     Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə açıq Avropa kuboku turnirinin ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayır.

Milli.Az-ın məlumatına görə, ağır çəkili cüdoçuların yarışlarında Araş Ağayi (81 kiloqram), Zaur Dünyamalıyev (90 kiloqram), Aslan Mirzəyev (100 kiloqram), İmran Yusifov (+100 kiloqram) güclərini sınayırlar.

Qeyd edək ki, fevralın 1-də keçirilmiş yarışların birinci günündə Oruc Vəlizadə (60 kiloqram) gümüş medal qazanıb.

Turnirə bu gün yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.