İdman

Azərbaycan Xorvatiyaya uduzdu

30 Yanvar 2020 08:08
2 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin Avropa zonası üzrə seçmə mərhələsinin elit-raundunda mübarizəyə başlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, komandamız Xorvatiyada keçirilən C qrupundakı ilk matçında meydan sahibləri ilə üz-üzə gəlib.

Osiyekdəki "Qradski vrt Arena"da baş tutan görüşə uğursuz start verən Joze Alesio da Silvanın yetirmələri erkən qol buraxıblar. Qarşılaşmanın sonlarında qapısında daha bir top görən yığmamız turnirə məğlubiyyətlə başlayıb.

Qrupun digər oyununda Rusiya Slovakiya üzərində 7:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu yanvarın 30-da Rusiyaya qarşı keçirəcək.

DÇ-2020-nin Avropa zonası üzrə elit-raundu
C qrupu, I tur
29 yanvar
Xorvatiya - Azərbaycan - 2:0
Qol: 
Periç, 4, Jelovçiç, 38
Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer
Xorvatiya: 12. Zarko Luketin (GK), 20. Zoran Primiç (GK), 3. Josip Jurlina, 10. Tihomir Novak, 11. Josip Suton, 16. Luka Suton, 8. Duşko Martinac, 15. Matej Horvat, 9. Luka Periç, 13. Kristijan Postrujin, 7. Franco Jelovçiç, 5. Duje Bajruşoviç, 6. Davor Kanjuh, 2. Vedran Matoşeviç
Baş məşqçi: Mato Stankoviç
Azərbaycan: 12. Rövşən Hüseynli (GK), 1. Emin Kürdov (GK), 3. Tiago Telles Martins "Bolinha", 10. Oliveira Da Nascimento "Vassora", 5. Amir Shojaei, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Jonathan Luiz De Angelis "Batton", 7. Ramiz Çovdarov, 20. Eshagh Soorghali, 9. Rafael Vilela, 13. Kardoso Everton
Baş məşqçi: Joze Alesio Da Silva
Osiyek şəhəri. Qradski vrt Arena. Saat 23:00

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.