İdman

İsrail gimnastı Nikol Zelikman: "Milli Gimnastika Arenasında məşqlər, yaşayış və istirahət üçün rahat şərait yaradılıb"

22 Yanvar 2020 18:00
Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə İsrail milli komandasının təlim-məşq toplanışı keçirilir. Toplanışda həm böyük, həm də gənc gimnastlar iştirak edir.

Milli.Az xəbər verir ki, komandanın gimnastı Nikol Zelikman Trend-ə bildirib ki, Milli Gimnastika Arenasında gözəl zal var və burada gimnastlar üçün zəruri şərait yaradılıb:

"Bu, məşq prosesi üçün müsbət cəhətdir. Ötən ilin yanvarında da biz buraya məşqlərə gəlmişdik. İsraildə burdakı kimi baza yoxdur, bizdə yalnız məşq zalıdır, hər gimnast da öz evində yaşayır. Milli Gimnastika Arenasında isə məşqlər, yaşayış və istirahət üçün rahat şərait yaradılıb. Burada toplanışda olarkən biz məşqlərə və istirahətə lazımi vaxt ayıra bilirik".

Gimnast vurğulayıb ki, onun valideynləri Bakıda doğulub, ona görə də bu şəhərə xüsusi hisslərlə gəlir:

"Bakıda keçirilən iri yarışlara mən valideynlərimlə gəlirdim. Onlar Bakının bu dərəcədə dəyişməsindən heyranlıq duyurlar. Onların sözlərinə görə, şəhərin mərkəzini tanımaq mümkün deyil, əvvəllər burada hər şey tamamilə fərqli idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.