İdman

"Qarabağ"da istirahət

19 Yanvar 2020 23:33
0 Şərh     Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün istirahət edib.

Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün Rumıniyanın "Akademika Klinçeni" klubu ilə keçirilən yoxlama oyunu (2:2) ilə Antalyadakı toplanışın ilk mərhələsini başa vuran komanda bir günlük istirahətin ardından sabah ikinci mərhələyə start verəcək.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Antalyada daha 3 oyun keçirəcək. Ağdam təmsilçisi yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla" (Plok) komandaları ilə üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.