İdman

"Ona qaçmağa icazə vermək olmaz" - Qvardiola

19 Yanvar 2020 19:21
0 Şərh     Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqanın 23-cü turunda "Kristal Pelas"la  oyundan sonra komandasının müdafiə xəttindən şikayətlənib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, heç-heçə etdikləri matçdan (2:2) sonra deyib: "Çətin oyun oldu. Təəssüf ki, qələbə qazana bilmədik. Buraxdığımız ikinci qoldakı etdiyimiz səhvləri təkrarlamamalıyıq. Zaha boşluq olduğu zaman təhlükəli olur. Ona qaçmağa icazə vermək olmaz, bu qədər asan. Amma bizi bunu etmədik".

P.Qvardiola "Liverpul"un "Mançester Yunayted"lə bugünkü oyununu izləyib-izləməyəciyi ilə bağlı sualı isə belə cavablandırıb: "Bu suala milyon dəfə cavab vermişəm. Bəlkə izləyərəm, bəlkə də "Şeffild Yunayted"lə matça hazırlaşaram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.