İdman

"Səbail" Ukrayna klubuna uduzdu

18 Yanvar 2020 20:28
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Səbail" bu gün ikinci yoxlama oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Aftandil Hacıyevin komandası Ukraynanın "Olimpik" klubu ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. "Səbail"in yeganə qolunu 60-cı dəqiqədə Maykl Essyen vurub.

Yoxlama oyunu

18:00 "Səbail" - "Olimpik" (Donetsk) - 1:3
"Miracle Resort Otel"

Qeyd edək ki, "Səbail" Antalyadakı ilk sınağında Qazaxıstanın "Jetısu" klubuna 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də "Voluntari" (Rumıniya), 25-də isə "Korona" (Polşa) klubları də qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.