"Barselona"nın yeni baş məşqçisi Kike Setyen komandanın futbolçusu Arturo Vidalın gələcək taleyinə aydınlıq gətirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis çilili yarımmüdafiəçini komandada saxlamaq qərarı verib.
O, 32 yaşlı futbolçunun digər klublara mümkün transferini əngəlləyib. Bu isə o deməkdir ki, Vidal ən azı mövsümün sonuna qədər "Barselona"da qalacaq.
Qeyd edək ki, Çili millisinin üzvü 2018-ci ildə "Bavariya"dan "Barselona"ya transfer olunub.
Milli.Az