İdman

Məşhur futbolçunu təcavüzdə ittiham edən model həbs edildi

17 Yanvar 2020 15:14
0 Şərh     Baxış: 2 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya polisi rusiyalı model Luiza Kremlevanı həbs edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Marca" nəşri məlumat yayıb. 

Bildirilib ki, model təcavüzlə bağlı polisə yalan məlumat verdiyi üçün tutulub. 

Məlumatlara görə, Kremleva İtaliyanın "Milan" klubunun fransalı müdafiəçisi Teo Hernandesi təcavüzdə ittiham edirdi. 

Model ittihamında bildirirdi ki, 2017-ci ilin iyununda Marbelidəki gecə klublarından birində futbolçu ona hücum edib. O, Hernandesin həmin vaxt ona narkotik maddə verdiyini deyib.

Aparılan araşdırmalar zamanı modelin qanında narkotik aşkarlanmayıb. 

İstintaq futbolçu ilə model arasında intim münasibətlərin olduğunu qeyd edib. Ancaq bu münasibətlər qarşılıqlı razılıq əsasında olub. 

İndi modeli yalan məlumat verdiyi üçün həbs cəzası gözləyir. 

Kremleva qərardan apellyasiya şikayəti verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.