İdman

Futbol tarixinin ən güclü komandaları müəyyənləşdi - SİYAHI

14 Yanvar 2020 18:24
2 Şərh     Baxış: 1 701

Futbol tarixinin ən güclü komandaları bəlli olub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmanı "Clubelo" nəşri aparıb.

Siyahının ilk pilləsində "Barselona" qərarlaşıb. Kataloniya klubunun 2012-ci ildəki heyəti ən güclü olub. Həmin vaxt komandaya Pep Qvardiola başçılıq edib.

Qvardiolanın 2014-cü ildə çalışdırdığı "Bavariya" ikinci pilləni tutub. İlk "üçlüy"ü karlo Ançelottinin başçılıq etdiyi "Real"ın 2014-cü ildəki heyəti qapayır.

"Liverpul"un hazırkı heyəti 4-cü, "Real"ın 1961-ci ildəki komandası 5-ci olub. "Milan" (1993) 6-cı,

"Mançester Siti" (2019) 7-ci, Macarıstan MTK-sı (1955) 8-ci, "Çelsi" (2008) 9-cu sıranı tutub. İngiltərənin digər təmsilçisi "Mançester Yunayted" isə (2008) 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinqdə qol fərqi, ev sahəsinin üstünlüyü və Avropa çempionatları arasındakı güc fərqi nəzərə alınıb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Yağmur · 14 Yanvar 18:3223

    Real hər zaman birincidir!.Mübahisəyə lüzum yoxdur..

    Cavab yaz
  • Anonim
    Omer · 14 Yanvar 21:2122

    Yagmur destekleyirem bu sozunuzu.En guclu heyet 3 defe cempionlar liqasini goturen heyyetdir.Mentiqle yanassaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.