İdman

"Zirə" uduzdu

11 Yanvar 2020 19:29
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Bakı klubu Türkiyənin 1-ci liqa təmsilçisi "Ümraniyespor"la üz-üzə gəlib və 0:3 hesabı ilə uduzub.

"Ümraniyespor" liqada 17 turdan sonra 25 xalla 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, yanvarın 22-dək davam edəcək Antalya toplanışı çərçivəsində "Zirə" ümumilikdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Yoxlama görüşü
11 yanvar

"Zirə" - "Ümraniyespor" (Türkiyə) - 0:3
Antalya. "Fanatic Tour"un meydanı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.