İdman

2017-ci il Azərbaycan Qran Prisi Formula 1-də son 10 ilin ən yaxşı yarışları arasında ilk onluğa daxil olub

11 Yanvar 2020 15:50
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula 1 üzrə 2017-ci il Azərabycan Qran Prisi son 10 ilin ən yaxşı yarışları arasında ilk onluğa daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Formula 1-in rəsmi saytında dərc olunan reytinqdə deyilir.

Reytinqdə həmin mərhələnin ən yaddaqalan anları qeyd olunub.

Həmin yarışda "Ferrari" pilotu Sebastyan Fettel və "Mercedes" pilotu Lyuis Hemiltonun bolidləri toqquşub. Buna görə S.Fettel 10 saniyə cəza alıb.

2017-ci il Azərbaycan Qran Prisində "Red Bull" pilotu Daniel Rikkardo qalib gəlib. Valtteri Bottas ("Mercedes") ikinci, Lens Stroll ("Williams") üçüncü olub.

Formula 1-in son on ilin ən maraqlı yarışları reytinqində ilk üçlükdə isə 2019-cu il Almaniya Qran Prisi, 2011-ci il Kanada Qran Prisi və 2019-cu il Braziliya Qran Prisi qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.