İdman

Klopp Qvardiolanın rekordunu təkrarladı

10 Yanvar 2020 19:40
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı məşqçisi məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu "Liverpul"un çalışdırıcısı Yurgen Kloppdur. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Klopp "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar-Sulşer və "Uotford"un çalışdırıcısı Naycel Pirsonu qabaqlayıb. 

Bununla da almaniyalı mütəxəssis mövsümdə 4-cü dəfə ən yaxşı adını qazanaraq "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın rekordunu yeniləyib. Qvardiola ötən mövsüm 4 dəfə bu mükafata layiq görülmüşdü.

"Liverpul" Kloppun rəhbərliyi ilə dekabrda Premyer Liqada keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.